2017-ci il sentyabrın 29-da Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi Nuridə Atəşinin tədris etdiyi “Qafqaz arxeologiyasının tarixi: maddi-mədəni irsi və Xocalı-Gədəbəy mədəniyyəti materialları Avropa muzeylərində” fənni Azərbaycan Milli Tarix muzeyində keçirildi. Nuridə Atəşi Qafqaz arxeologiyasının tarixi, tarixşünaslığı və Xocalı-Gədəbəy mədəniyyəti haqqında Təhsil fakültəsi tarix müəllimliyi ixtisasının I kurs tələbələrinə məlumatlar verdi.