2017-ci il avqustun 2-də Türkiyənin Yıldız Teknik Universitetin rektoru professor Dr. Ahmet Göksel Ağargün Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya məktub göndərmişdir. Universitetin rektoru məktubda 2016-cı il iyulun 15-də FETÖ terror təşkilatının Türkiyədə dövlət çevrilişi cəhdi zamanı Türkiyənin qanuni hökumətinin yanında olduqlarına, verdikləri dəstəyə və universitetlə əlaqələrini kəsmədiklərinə görə, H.İsaxanlıya təşəkkürünü bildirir.