2017-ci il sentyabrın 22-də Meksikanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Rodrigo Labardini Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya məktub göndərmişdir. Məktubda H.İsaxanlının sentyabrın 7-də Meksikada baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntı səbəbilə, Meksika xalqına Xəzər Universiteti adından verdiyi başsağlığına görə təşəkkür edilir.