2017-ci il sentyabrın 11-də Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Meksikanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Rodrigo Labardiniyə məktub göndərmişdir. Məktubda sentyabrın 7-də Meksikada baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntı səbəbi ilə, Meksika xalqına Xəzər Universiteti adından başsağlığı verilir.