2017-ci il sentyabrın 10-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı CBC telekanalına müsahibə vermişdir. Söhbət əsasən Berkeley Universitetinin professoru, Azərbaycan əsilli alim Lütfi Zadənin həyatı, elmi fəaliyyəti və irsinə həsr olunmuşdur.
Xatırladaq ki, professor Lütfizadə 2017-ci il sentyabrın 6-da vəfat etmişdir.