Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 987 Arxiv
XƏBƏRLƏR
18 İyun, 2026Xəzər Universiteti “QS World University Rankings 2027” reytinqində əhəmiyyətli şəkildə irəliləyib
12 İyun, 2026Xəzər Universitetinin koordinatoru olduğu DIRNA layihəsinin yekun görüşü
12 İyun, 2026DIRNA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində seminar və təlim proqramı  
12 İyun, 2026Yeni tədris binası və müasir tədris klinikasının açılışı  
03 İyun, 2026Prof.Akad. Hamlet İsaxanlıya  Fəxri Şəhadətnamə təqdim edilib  
03 İyun, 2026İsrailin fövqəladə və səlahiyyətli səfiri Xəzər Universitetində
26 May, 2026Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində

Təhsil eksperti müsahibəsində professor Hamlet İsaxanlının fikirlərinə münasibət bildirib

2017-ci il avqustun 27-də strateq.az, icxeberler.info, moderator.az və azpolitika.info xəbər saytları tanınmış təhsil eksperti Etibar Əliyevlə müsahibə dərc etmişlər. Ekspert son günlərdə testlə bağlı aparılan müzakirələr çərçivəsində məsələyə münasibətini bildirərək, onu da qeyd etmişdir ki, "Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə testin ləğvindən söhbət açmayıb". Müsahibədə, həmçinin, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının məsələ ilə əlaqədar bir neçə sayta verdiyi müsahibə ilə bağlı aşağıdakı sual-cavab da yer almışdır:

– Etibar müəllim, Xəzər universitetinin təsisçisi Hamlet İsaxanlı bu mövzu ilə bağlı müsahibəsində deyib ki, orta məktəbdə uşaqları daha çox test istiqamətində öyrədib hazırlaşdırırlar. Xüsusilə yuxarı sinif müəllimləri və repetitorlar testi ön plana çəkirlər. Bu da mexaniki hazırlıq olur və elmi baxımdan uşaqlara ziyandır. Qəbul imtahanı daha geniş formada olmalıdır. Əgər uşaq testdən əlavə başqa mərhələlər və imtahanlar olduğunu bilsə, qəbul imtahanlarına yalnız mexaniki yox, elmi tərəfdən də yanaşacaq.

– Mən, hörmətli Hamlet müəllimlə razıyam. Məktəb proqramları testdən asılı olmamalıdır. Əgər şagird nailiyyətləri mütəmadi olaraq testlə qiymətləndirilirsə, yaxud müəllimlərin karyerası və məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə, onda test müəllimə necə dərs deməyi diqtə edəcək. Yəni testlər proqramın məzmununa və tədris üsüluna təsir edəcək. Öyrətmənin mövzunu dərk etmədən, “düzgün” və ya “qeyri-düzgün” cavabların axtarışına yönəldilməsi həddindən artıq darıxdırıcı üsuldur. Təəssüflər olsun ki, bizim məktəblərdə bu tendensiya açıq şəkildə nəzərə çarpır. Məsələn, bir misal çəkim: “Qlobal istiləşmə”dən testi cavablandırmaqla, bu mövzuda esse yazmaq arasında dağlar qədər fərq var. Esse şagirdlərdə mühakimə yürütmək, analiz etmək, müxtəlif ideyaları müqayisə etmək kimi bacarıqları ortaya qoyur. Amma onu da inkar etmək olmaz ki, test dünyanın əksər ölkələrində şagird biliklərinin qiymətləndirilməsinin əsasını təşkil edir. Amerikanın “Təhsil aktı” sənədində yazılır ki, müəllimlər bu üsulla qiymətləndirmədə aşkara çıxarmalıdırlar ki, onların şagirdləri düşünə bilirlərmi? Fikrimcə, builki 9-cu siniflərin buraxılış imtahanları mərhələ-mərhələ yeniliklərin tətbiqinə yol açan imtahanlar kimi tarixdə qaldı.

Müsahibənin tam mətnini aşağıdakı linklərdə oxumaq olar: 

http://strateq.az/sosial/193650/etibar-%C9%99liyev.html#Kalibri

http://icxeberler.info/cemiyyet/3764-eger-mektebin-geleceyi-testin-neticeleri-ile-qiymetlendirilecekse.html#Kalibri 

http://www.moderator.az/news/189623.html#Kalibri

http://azpolitika.info/?p=349243#Kalibri

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026