10 avqust 2017-ci tarixində Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyəti Başçısının müavini Arzu xanım Vəliməmmədova Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri, prof. Hamlet İsaxanlıya təbrik məktubu göndərmişdir. O, Xəzər Universitəsini Beynəlxalq QS təşkilatının reytinqində dünyanın 150 ən yaxşı gənc universiteti siyahısına daxil edilməsi münasibəti ilə təbrik etmiş, gələcək fəaliyyətində uğurlar və yeni-yeni nailiyyətlər arzulamışdır.