Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 3997 Arxiv
XƏBƏRLƏR
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
20 İyul, 2026Xəzər Universitetinin  55-ci məzunluq mərasimi
20 İyul, 2026“Xəzər”in nümayəndə heyətinin Türkiyədə işgüzar görüşləri
07 İyul, 2026Türkiyənin Atlas Universitetinin rəhbər heyəti ilə görüş  
11 Sentyabr, 2026Departament rəhbəri AnewZ kanalında
11 Sentyabr, 2026Departament rəhbəri: Sİ-ni “psixoloq” və “falçı” kimi istifadə etmək düzgün yanaşma deyil

Milli Xalça Muzeyində “Afaq Kərimovanın yaradıcılığında süjetli xalçalar” mövzusunda təqdimat

2020-ci il fevralın 8-də Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət və turizm nazirliyi və Xalça muzeyinin təşkilatçılığı ilə  xalçaçı rəssam, Xəzər Universitetinin müəllimi, universitetin xalça muzeyinin direktoru Afaq Kərimovanın “Afaq Kərimovanın yaradıcılığında süjetli xalçalar” mövzusunda təqdimatı keçirildi.

Tədbirdə  ölkənin tanınmış incəsənət və elm xadimləri, Xəzər Universitetinin təsisçisi,  Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və əməkdaşları, sənətsevərlər iştirak edirdilər.

Xalça muzeyinin direktor müavini, əməkdar mədəniyyət işçisi Asya Şirəliyeva tədbiri açaraq, çıxış etdi. O, çıxışında Afaq Kərimovanın yaradıcılığı haqqında  geniş məlumat verərək, maraqlı faktları xatırlatdı. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev ABŞ-a ilk səfəri zamanı Bill Klintona Afaq Kərimovanın eskizi əsasında toxunmuş, süjeti Azərbaycan mövzusu olan xalça hədiyyə etmişdi. Səfərdən sonra Azərbaycana göndərdiyi minnətdarlıq məktubunda Klinton “gözəl xalçanın mənasını anladığını və bir daha heyranlığını” bildirmişdi. Natiq Heydər Əliyev Fondunun və YUNESKO-nun təşkilatçılığı ilə Afaq Kərimovanın bir sıra əsərlərinin  Fransada-Parisdə və digər şəhərlərdə nümayiş olunduğunu söylədi.

Afaq Kərimova çıxışında üzərində illərlə işlədiyi əsərlərinin hazırda ölkəmizin və xarici ölkələrin muzeylərinin daimi eksponatı olmasından danışdı və qeyd etdi ki, əsərlər müxtəlif zamanlarda yubileylər münasibətilə yaransa da,  Azərbaycan tarixi və mədəniyyətinin Dədə Qorquddan başlamış müasir dövrədək xronoloji ardıcıllığını əhatə edir. O, müxtəlif dövrlərdə yaratdığı “Dədə-Qorqud”, “Nizami”, “Məhsəti Gəncəvi”, “Füzuli-500”, “Vazeh”, “Hüseyn Cavid”, “Sənsiz”, “Natəvan”, “Səməd Vurğun”, “60-cılar”, “Ziyalı” və digər süjetli xalçalar barədə maraqlı məlumatlar verdi və hər bir xalçanın süjeti və texniki cəhətində etdiyi yeniliklərdən danışdı.

Heydər Əliyev Fondunun sifarişi ilə Nizami Gəncəvinin “Xəmsə”si əsasında hazırladığı beş xalça, Məhsəti Gəncəvi xalçası və ipək üzərində işlənmiş batikası Fransanın Parisdən başqa  Kann, Strasburq və Reyms şəhərlərində bir il ərzində nümayiş etdirilib və  hazırda Parisdə Azərbaycan  Mədəniyyət Sarayının daimi eksponatlarındandır.

Çıxışından sonra Afaq Kərimova iştirakçıların suallarını cavablandırdı.

Tədbirdə xalça muzeyinin əməkdaşı Dürdanə Qədirova və digərləri çıxış edərək, Afaq Kərimovanın yaradıcılığı haqqında fikirlərini bildirdilər. Sonda professor Hamlet İsaxanlı tədbir haqqında müsbət təəssüratını iştirakçılarla bölüşdü.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026