2019-cu il dekabrın 26-sı və 27-də Xəzər Universitetində ilk dəfə “Hackathon 2019-Khazar” adlı yarışma keçirildi. İki gün davam edən yarışmanın əsas məqsədi qeydiyyatdan keçmiş komandaların iki gün ərzində öz məhsulunu münsiflərə təqdim etmələri idi. Münsiflər heyəti qismində Grand Motors LLC-nin şirkətinin HR assistenti İlkin Cavadzadə , Backcell “Applab” əlavələrin inkişafı üzrə menecer Orxan Babayev, ATL TECH şirkətinin Texnologiyalar üzrə direktoru Vurğun Hacıyev, “Xalq” Bankın nümayəndəsi və LUMOS School of Data Science şirkətinin rəhbəri iştirak edirdilər. Yarışmanın ikinci günündə artıq 3 komanda –“Robin food”, “Intelligent” və “PsychoLab” öz məhsullarını münsiflərə təqdim etdilər. Yarışmanın qalibinə –“Intelligent” komandasının üzvlərinə bitirdikləri məhsula və təqdimatlarına görə Xəzər Universiteti pul mükafatını təqdim etdi. Digər komandalar da sertifikat və hədiyyələrlə təltif olundu. Sonda münsiflər və komanda üzvləri ilə növbəti əməkdaşlıqlar və iş imkanları haqqında da müzakirələr aparıldılar.