Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 6079 Arxiv
XƏBƏRLƏR
11 Noyabr, 2026Rektor Raziyə İsayeva Tsinghua Universitetinin nümayəndələri ilə görüş keçirib
28 Oktyabr, 2026Naxçıvan Dövlət Universitetində Nailəxanım Təqaüd Proqramı təqdim olundu  
28 Oktyabr, 2026ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbələri Xəzər Universitetində olublar  
27 Oktyabr, 2026Boğaziçi Universitetinin nümayəndələrinin Xəzər Universitetinə səfəri
27 Oktyabr, 2026XII Bakı Beynəlxalq Kitab Sərgisində Prof. Akad. Hamlet İsaxanlının “İki mədəniyyət: Elm və Sənət” adlı təqdimatı  
23 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva 3-cü Beynəlxalq Türk Dünyası Qadınlar Çalıştayında  
22 Oktyabr, 2026Qarabağ və Şərqi Zəngəzurun Türk-İslam irsi beynəlxalq simpoziumda müzakirə olunub  
11 Noyabr, 2026Xəzər Xəbər” jurnalının oktyabr nömrəsi çapdan çıxıb
11 Noyabr, 2026Yubiley təbriki
11 Noyabr, 2026Xəzər Universitetinin müəllimi elmi konfransda məruzə ilə çıxış edib  

Xəzər Universitetinin nümayəndələri İranda

2019-cu il dekabrın 8-11-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Bahman Amani İran İslam Respublikasında səfərdə oldular.

Dekabrın 8-də professor Hamlet İsaxanlı və Dr. Bahman Amani yolüstü Naxçıvan Universitetində universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Dr. Hüseyn Bağırsoylu ilə görüşdülər. Dr. Hüseyn Bağırsoylu qonaqları səmimi qarşılayaraq, universitet haqqında məlumat verdi. Görüşdə iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə olundu.

Həmin gün İranın Culfa şəhərinə gələn Xəzər Universitetinin nümayəndələri Tehran Universiteti və Təbriz Universitetinin buradakı Azad İqtisadi Zonada yerləşən beynəlxalq kampuslarında dekanlar, departament müdirləri və əməkdaşlarla görüşdülər.

Dekabrın 9-da professor Hamlet İsaxanlı və Dr. Bahman Amani Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Araz Azad İqtisadi Zonasında onun baş müdiri Mohsen Nəriman və təhsil üzrə yardımçısı Yusif Dadaşzadə ilə görüşdülər. Mohsen Nəriman professor Hamlet İsaxanlıya hədiyyə təqdim etdi. Qeyd edək ki, İran qanunvericiliyinə əsasən universitetlər azad iqtisadi zonalarda kampus açaraq, ödənişli qayda ilə tələbə cəlb edə bilərlər. Xəzər Universitetinin nümayəndələri həm Culfa, həm də Araz azad iqtisadi zonalarındakı görüşlərdə Xəzər Universitetinin də bu imkandan istifadə etmək yolları müzakirə olundu.

Həmin gün professor Hamlet İsaxanlı və Dr. Bahman Amani Xoy şəhərində Şəms Təbrizinin məzarını ziyarət etdilər və Şəms Təbrizi Dərnəyinin rəhbəri Mürtəza Bərin və dərnək üzvləri ilə görüşdülər. Professor Hamlet İsaxanlı Xəzər Universitetində Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzinin (MƏFAM) yaradıldığı və fəaliyyətə başladığı haqqında məlumat verərək, dərnəklə mərkəz arasında əlaqələr qurulmasının məqsədəuyğun olduğunu bildirdi. Mürtəza Bərin də təklifə tərəfdar olduğunu söylədi.

Axşam Təbrizə çatan Xəzər Universitetinin nümayəndələri və Təbrizdə səfərdə olan Türkiyənin Ərzurum Universitetinin rektoru Bülənt Çaxmaqın şərəfinə Təbriz Universitetinin rektoru professor Rza Məcidi tərəfindən şam yeməyi verildi. Söhbət əsnasında professor Hamlet İsaxanlı Azərbaycan, İran və Türkiyə universitetləri arasında “üçbucaq iş birliyi” qurmaq haqqında fikirlərini söylədi və bu, razılıqla qarşılandı.

Dekabrın 10-da Xəzər Universitetinin nümayəndələri Təbriz Universitetində rektorluğun geniş iclasında iştirak etdilər. İkitərəfli əlaqələr imkanları ətraflı müzakirə olundu və Anlaşma memorandumu imzalandı, hədiyyələr təqdim olundu.

Sonra professor Hamlet İsaxanlı və Dr. Bahman Amani universitetin Mühəndislik və Fizika-astronomiya fakültələrində dekanlar, departament müdirləri, müəllim və tələbələrlə görüşüb, fakültələrin işi ilə tanış oldular, müəllim və tələbə mübadiləsi haqqında müzakirələr apardılar.

Həmin gün Xəzər Universitetinin nümayəndələri Təbriz Universitetində Araşdırma həftəsi münasibətilə Şərqi Azərbaycan valisi Məhəmməd Rza Purməhəmmədinin iştirak etdiyi tədbirə qatıldılar və professor Hamlet İsaxanlı çıxış etdi.

Dekabrın 11-də Xəzər Universitetinin nümayəndələri Marağa şəhərinə səfər etdilər. Yolüstü evlərinin qayalar içində tikildiyi Kənduvan kəndində və Nəsirəddin Tusi rəsədxanasında oldular.

Marağa Universitetində rektor Məhəmməd Əli Lutfullahi ilə görüşdə iki universitet arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı və memorandum imzalanması qərara alındı.

Marağada professor Hamlet İsaxanlı Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”sini farscadan Azərbaycan dilinə tərcümə etmiş şair Heydər Abbasi ilə onun evində görüşdü və səmimi söhbətlə yanaşı onlar bir-birlərinə öz şeirlərini də oxudular. Professor Hamlet İsaxanlı, həmçinin, şair Marağalı Kərimi ilə də görüşdü.

Beləliklə, dörd günlük səfər zəngin təəssüratla başa çatdı.

Səfər haqqında Təbriz və Marağa universitetlərinin veb-saytlarında xəbərlər və fotolar yerləşdirilmişdir:

https://www.maragheh.ac.ir/News/759/%d8%a8%d8%a7%d8%b2%d8%af%db%8c%d8%af-%d8%a8%d9%86%db%8c%d8%a7%d9%86%da%af%d8%b0%d8%a7%d8%b1-%d9%88-%d8%b1%d8%a6%db%8c%d8%b3-%d8%af%d8%a7%d9%86%d8%b4%da%af%d8%a7%d9%87-%d8%ae%d8%b2%d8%b1-%d8%a7%d8%b2-%d8%af%d8%a7%d9%86%d8%b4%da%af%d8%a7%d9%87-%d9%85%d8%b1%d8%a7%d8%ba%d9%87.html

http://tabrizu.ac.ir/fa/news/10823/%D8%A7%D9%85%D8%B6%D8%A7%DB%8C-%D8%AA%D9%81%D8%A7%D9%87%D9%85-%D9%87%D9%85%DA%A9%D8%A7%D8%B1%DB%8C-%D8%AF%D8%A7%D9%86%D8%B4%DA%AF%D8%A7%D9%87-%D8%AA%D8%A8%D8%B1%DB%8C%D8%B2-%D9%88-%D8%AF%D8%A7%D9%86%D8%B4%DA%AF%D8%A7%D9%87-%D8%AE%D8%B2%D8%B1-%DA%A9%D8%B4%D9%88%D8%B1-%D8%A2%D8%B0%D8%B1%D8%A8%D8%A7%DB%8C%D8%AC%D8%A7%D9%86 

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026