2019-cu il noyabrın 17-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə Britaniyanın Azərbaycandakı səfirliyinin və AUKAA-nın dəstəyi ilə “Təhsil üçün əl-ələ 2019” layihəsinin növbəti mərhələsində, regionlardan seçilmiş 20 nəfər inşa müsabiqəsinin qaliblərinə qış düşərgəsində müxtəlif istiqamətlərdə şəxsi inkişaf təlimləri çərçivəsində “Vaxtın idarə olunması” mövzusunda məruzə ilə çıxış etdi.
Qeyd edək ki, qış düşərgəsi bir həftə müddətində davam edəcək və layihənin bağlanış mərasimi 2019-cu il noyabrın 19-da “Landmark”da Britaniya səfirinin iştirakı ilə baş tutacaq. Layihənin şərtlərinə uyğun olaraq, təlimlərdə psixologiya ixtisasına yiyələnmək istəyən iki şagirdə Nilufər Əlizadə bundan sonra superviziyalıq edərək, tələbə həyatlarını uğurla başa vurmalarına kömək olacaq.