Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova Koreyanın Dongduk Qızlar Universitetinin (Dongduk Woman University) “Avrasiya Türk Araşdırmaları (The Journal of Eurasian Turkic Studies)” və Macarıstanda çap olunan “Hungarian Educational Research Journal (HERJ)” jurnallarının redaksiya heyətlərinin üzvü seçilmişdir. “Avrasiya Türk Araşdırmaları” jurnalı Hanyang Universiteti, Asiya-Pasifik Tədqiqat Mərkəzi, Avrasiyanın hüdudlarında və xaricində genişlənən əlaqələri öyrənən Avrasiya Türk Araşdırmaları İnstitutu tərəfindən iki ildən bir nəşr edilən jurnaldır.
HERJ Macar Təhsil Tədqiqatları Jurnalı təhsil tədqiqatındakı cari fikir və mövzulara yönəlmiş akademik bir jurnaldır.