Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzi Çin Milli Bilik İnfrastrukturuna (ÇMBİ) giriş üçün 8 həftəlik sınaq imkanı əldə etmişdir.
1988-ci ildə istifadəyə verilən ÇMBİ əhəmiyyətli çincə biliklərin olduğu məlumat qaynaqlarını birləşdirmək üçün yaradılmış elektron platformadır. Nəticədə, ÇMBİ dünyada Çinin siyasəti, iqtisadi, humanitar və sosial, elmi və texnoloji inkişafını əks etdirən, çincə məlumat qaynaqlarının ən nüfuzlu, əhatəli və ən böyük mənbəyi olmuşdur.
Çin məlumat mənbələrinə Çinin akademik jurnalları, Çinin ən başlıca qəzetləri, Çinin doktorluq/ magistrlik dissertasiyaları, Çindəki konfranslarının materialları daxildir.
Məlumat bazasının ingilis dilində interfeysi və əsas sosial elm və texnologiya sahələrini əhatə edən ingilis dilində 400-dən çox elmi jurnal var (bir çox jurnalın ingilis dilində xülasələri var). Beləliklə, istənilən mövzu ilə əlaqəli məqalələr tapmaq mümkündür. Ancaq Çin dilində axtarılsa, daha çox nəticə əldə etmək olar.
Məlumat bazası ilə tanış olmağa və xüsusiyyətlərini öyrənməyə kömək məqsədilə sərbəst sınaq müddəti verilir.