2019-cu il oktyabrın 15-də BOS SHELF şirkətinin nümayəndələri Xəzər Universitetində Təbiət elmləri və Mühəndislik fakültəsinin mexanika mühəndisliyi ixtisasının tələbələri üçün təqdimat keçirdi. BOS SHELF şirkətinin təlim üzrə mütəxəssisi Rəşad Hacıyev şirkətin “Gənc istedadlara dəstək” layihəsinin təqdimatını etdi. Proqramın əsas məqsədi Xəzər Universiteti Təbiət elmləri və Mühəndislik fakültəsinin mexanika mühəndisliyi ixtisasında təhsil alan və akademik göstəriciləri yaxşı olan 2-ci və 3-cü kurs tələbələrinin şirkətdə təcrübə proqramına və məzunlarının isə məzun proqramına qoşulmalarını təmin etməkdir. Təqdimat zamanı Rəşad Hacıyev, həmçinin, tələbələrə şirkətin fəaliyyət tarixindən, əməkdaşlıq etdikləri şirkətlər haqqında məlumat verdi. Görüşdə Təbiət elmləri və Mühəndislik fakültəsinin müəllim heyəti də iştirak edirdi.
Təqdimatın sonunda şirkətin təqdim etdiyi proqramla bağlı tələbələrin sualları cavablandırıldı.