2019-cu il iyunun 10-dan 14-dək Xəzər Universitetinin Riyaziyyat departamentinin təşkilatçılığı ilə 2-ci “Operators, Functions, and Systems of Mathematical Physics” beynəlxalq konfransı keçiriləcək. Konfrans təşkilatçıları riyazi fizika sahəsində dünyanın ən mötəbər cəmiyyətlərindən biri hesab edilən Beynəlxalq Riyazi Fizika Cəmiyyətinin (International Association of Mathematical Physics) konfransa dəstək qrantını qazanmışlar. Bu cəmiyyət 2-ci “Operators, Functions, and Systems of Mathematical Physics” konfransını özünün klassifikasiyasına nəzərən B kateqoriyalı konfrans kimi tanımış və konfransın keçirilməsinə maliyyə dəstəyi ayırmışdır.
Qeyd edək ki, Beynəlxalq Riyazi Fizika Cəmiyyəti riyazi fizika sahəsində A kateqoriyalı konfrans olaraq, yalnız hər üç ildən bir təşkil olunan Beynəlxalq Riyazi Fizika Konqresini tanıyır. Bu konqres riyaziyyat sahəsində ən əlamətdar hadisələrdən biri sayılır və burada riyazi fizika sahəsində müstəsna elmi uğurlarına görə üç riyaziyyatçıya “Henri Poincaré” mükafatı təqdim edilir (Sitat: The Prize was created in 1997 to recognize outstanding contributions in mathematical physics, and contributions which lay the groundwork for novel developments in this broad field). Bir neçə ardıcıl B kateqoriyalı konfrans keçirmiş təşkilat bu konqresə ev sahibliyi etmək üçün namizəd ola bilir.
Daha geniş məlumatı bu linklər vasitəsilə əldə etmək olar:
https://sites.google.com/view/ofsmp2019
http://www.iamp.org/page.php?page=page_conferences_b (Bu siyahıda “Operators, Functions, and Systems of Mathematical Physics” konfransını görmək mümkündür)