2017-ci il oktyabrın 22-dan 28-dək Xəzər Universiteti psixologiya ixtisasının tələbələri, “Gənc psixoloqlar” İctimai Birliyinin üzvləri – Aida Nəcəfova, Aysel Əfəndiyeva, Elnurə İsazadə, Aytac Hafizova, Cəmilə Məhərrəmova, Ləman Quliyeva Gənc psixoloqların ilk beynəlxalq mübadilə proqramının ikinci mərhələsi çərçivəsində İşık Universitetinin qonağı oldular.
Onlar İstanbulda Beşiktaş bələdiyyəsinin qonağı olublar. Beşiktaş bələdiyyəsinin sədri Murat Hazinedarla görüşdə iki ölkənin gənc psixoloqları arasında həyata keçirilən mübadilə proqramı haqqında bələdiyyə sədrinə məlumat verildi. Proqramın çox faydalı və əhəmiyyətli olduğunu vurğulayan Murat Hazinedar bu cür layihələrin davamlı keçirilməsinin məqsədəuyğun olduğunu söyləydi. Daha sonra Beşiktaş bələdiyyəsində psixoloqlar üçün yaradılan şəraitdən və psixoloqların cəmiyyətin psixi sağlamlığında vacib rolu olması haqqında danışıldı. Həmçinin, “Türk Psixoloji Öyrencileri Çalışma Grubu”nun təşkil etdiyi seminar və qrup işlərində mədəni-dünyəvi dəyərlər və psixoloqların rolu haqqında müzakirələr aparıldı.