2017-ci il mayın 11-də Xəzər Universitetinin İnkişaf üzrə direktoru Raziyə İsayeva 232 saylı tam orta məktəbdə “Məktəb, şagird, valideyn münasibətlərinin təkmilləşdirilməsi” adlı seminarda iştirak etdi. Məktəbin direktoru Məhluqə Əzizovanın dəvəti ilə seminara məruzəçi qismində qatılmış Raziyə İsayeva mövzuya dair təqdimatla çıxış etdı. Seminarda valideynlərlə yanaşı, məktəbin müəllim heyəti və şagirdləri də iştirak edirdilər. Təqdimat çox böyük maraqla qarşılandı və iştirakçıların məruzəçiyə ünvanladığı suallar cavablandırıldı.
Xatırladaq ki, məktəbin direktoru Məhluqə Əzizova Xəzər Universiteti “Potensial Məktəb Direktorları kursu”nun məzunudur.