Humanitar və Sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimova (doktorant), Amerikanın “Science Publishing Group” nəşriyyat evinin “International Journal of Linguistics and Education”adlı elmi jurnalının redaksiya heyətinə 2 illik müddətdə qonaq rəyçi (guest reviewer) olaraq təyin edilmişdir. Xatırladaq ki, bundan əvvəl həmin nəşriyat evinin “Psychology and Behavioral Sciences” adlı elmi jurnalında Validə xanımın “Dil etikası: Linqvo psixologiya və psixolinqvistika. Dilin psixoloji problemlərilə təhlili” (ingiliscə) (“Language Ethıcs: Linguo Psychology and Psycholınguıstics; Analysis of The Language with Psychological Problems”) adlı məqaləsi dərc olunmuşdu.
Bu münasibətlə onu təbrik edir və yeni uğurlar arzu edirik.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiz:
http://www.sciencepublishinggroup.com/journal/editorialboard?journalid=611