2016-ci il dekabrın 22-də konfrans zalında (otaq 102N) Xəzər Universitetini 2016-cı ildə bitirmiş Humanitar və sosial elmlər fakültəsinin 14 və Mühəndislik və tətbiqi elmlər fakültəsinin 5 bakalavr məzunu ilə universitet rəhbərliyinin görüşü keçirildi. Görüşdə Xəzər Universitetinin rektoru Hassan Niknafs, universitetinin Tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyev, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov və Məzunlarla İş Mərkəzinin direktoru Baba Bayramlı iştirak edirdilər. Görüşün keçirilməsinin məqsədi universitetin məzunları ilə əlaqə saxlamaq və onların gələcək planlarını müzakirə etmək idi.
Tədbirin sonunda məzunlar universitetlə bağlı fikirlərini və təəssüratlarını bildirdilər.