2016-cı il noyabrın 30-da Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbində istedadlı şagirdlərin müəyyən edilməsi, onların üzə çıxarılması, elmə həvəs və maraqlarının artırılması məqsədilə məktəbdə keçirilən olimpiadanın nəticələri açıqlandı. Bütün fənlər üzrə VI-IX siniflərdə şagirdlər arasında məktəbdaxili təşkil olunan olimpiadanın qaliblərixüsusi diplomlarla təltif edildilər.
Qeyd edək ki, olimpiada noyabrın 26-da keçirilmişdi.