2016-cı il mayın 6-da Xəzər Universitetində detektiv yazıçı Müşfiq Xan ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə universitetinİctimaiyyətlə əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli açaraq, qonağı, tələbələri və müəllimləri səmimi salamladı. Görüşün Xəzər Universitetində keçirilməsini müsbət qiymətləndirdi və bu silsilədən olan tədbirlərin gələcəkdə də keçirilməsini arzu etdi.
Qonaq Müşfiq Xan öncə tədbir iştirakçılarını salamladı, yaradıcılığı haqqında ətraflı məlumat verdi. Günü-gündən gənclər arasında ədəbiyyata olan marağın artmasından sevinc hissi duyduğunu dilə gətirdi. Yazıcı daha sonra əsərlərini yazdığı detektiv janrı haqqında tədbir iştirakçılarını geniş şəkldə məlumatlandırdı.
Daha sonra o, tələbələrin və müəllimlərin çoxsayılı suallarını cavablandırdı. Suallar detektiv janrın tarixi, yaranması və bu janrın ölkəmizdə oxunaqlı olmağa başlanması haqqında idi. Universitetin ingilis dili müəlliməsi Firəngiz xanım Nəsirova qonağa ədəbiyyatımızda yazıçıların və əsərlərinin tanınması ilə bağlı problemlər haqqında sual verdi.
Tədbirin ikinci hissəsində isə yazıçının kitablarının imzalanması baş tutdu. Sonda yazıçı universitet rəhbərliyinə və təşkilatçılara tədbiri təşkil etdiyi, tələbələrin də iştirak etdiyi üçün minnətdarlığını bildirdi.