Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 58 Arxiv
XƏBƏRLƏR
28 Oktyabr, 2026Naxçıvan Dövlət Universitetində Nailəxanım Təqaüd Proqramı təqdim olundu  
28 Oktyabr, 2026ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbələri Xəzər Universitetində olublar  
27 Oktyabr, 2026Boğaziçi Universitetinin nümayəndələrinin Xəzər Universitetinə səfəri
27 Oktyabr, 2026XII Bakı Beynəlxalq Kitab Sərgisində Prof. Akad. Hamlet İsaxanlının “İki mədəniyyət: Elm və Sənət” adlı təqdimatı  
23 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva 3-cü Beynəlxalq Türk Dünyası Qadınlar Çalıştayında  
22 Oktyabr, 2026Qarabağ və Şərqi Zəngəzurun Türk-İslam irsi beynəlxalq simpoziumda müzakirə olunub  
03 Noyabr, 2026Cənubi Qafqaz regionu geosiyasi baxımdan xüsusi əhəmiyyət daşıyır
03 Noyabr, 2026Psixologiya departamenti əməkdaşının həmmüəllifi olduğu məqalə Azərbaycan Milli Elmlər Akademiyasının jurnalında dərc olunub  
03 Noyabr, 2026Psixologiya departamenti əməkdaşlarının həmmüəllifi olduğu elmi məqalə “Hacettepe University Journal of Education” jurnalında dərc olunub  
03 Noyabr, 2026Departament müəllimi beynəlxalq və yerli mediada aktual siyasi məsələlərə dair fikirlərini bölüşüb

Psixologiya departamenti əməkdaşlarının həmmüəllifi olduğu elmi məqalə “Hacettepe University Journal of Education” jurnalında dərc olunub  

Qarabağ Universitetinin müəllimi Mələk Kərimova, Türkiyənin Kocaeli Universitetinin əməkdaşı Melike Yavuz və Xəzər Universiteti Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloq-psixoterapevti Mirsadiq Muxtarovun həmmüəllifliyi ilə “Azərbaycanlı tələbələr üçün Universitetə Adaptasiya Şkalasının uyğunlaşdırılması və validasiyası” (“Adaptation and Validation of the University Adjustment Scale for Azerbaijani Students”) adlı elmi məqalə Türkiyənin nüfuzlu elmi nəşrlərindən biri olan “Hacettepe University Journal of Education” jurnalında dərc olunmuşdur (Vol. 41, Issue 4, 2026, pp. 994–1004). Qeyd edək ki, “Hacettepe University Journal of Education” Türkiyənin Hacettepe Universiteti tərəfindən nəşr edilən, beynəlxalq elmi indekslərdə təmsil olunan nüfuzlu akademik jurnallardan biridir. Nəşr “Scopus” beynəlxalq elmi bazasında indekslənir və “Education” (Təhsil) istiqaməti üzrə Q4 kvartilində yer alır. Jurnal, həmçinin, “Web of Science” platformasının “Emerging Sources Citation Index” (ESCI) bazasında və Türkiyənin TR Dizin indeksində təmsil olunur.

Tədqiqatın əsas məqsədi universitet tələbələrinin ali təhsil mühitinə uyğunlaşma səviyyəsini qiymətləndirmək üçün hazırlanmış Universitetə Adaptasiya Şkalasını (University Adjustment Scale – UAS) Azərbaycan dilinə uyğunlaşdırmaq və onun psixometrik xüsusiyyətlərini Azərbaycan universitet tələbələri nümunəsində araşdırmaqdan ibarətdir. Universitet həyatına keçid tələbələr üçün akademik tələblərə uyğunlaşma, yeni sosial münasibətlərin qurulması, şəxsi və emosional dəyişikliklərin idarə olunması, eləcə də təhsil aldıqları ali təhsil müəssisəsinə mənsubiyyət hissinin formalaşması kimi bir sıra mühüm prosesləri əhatə edir. Bu baxımdan, tələbələrin universitet mühitinə uyğunlaşmasının elmi əsaslarla qiymətləndirilməsi və həmin prosesdə qarşılaşdıqları çətinliklərin müəyyənləşdirilməsi ali təhsil sahəsində aktual məsələlərdən biridir.

Məqalədə universitetə adaptasiya prosesi dörd əsas istiqamət üzrə – akademik, sosial, şəxsi-emosional və institusional uyğunlaşma çərçivəsində araşdırılmışdır. Akademik uyğunlaşma tələbələrin tədris tələblərinin öhdəsindən gəlmək və akademik mühitə adaptasiya olmaq bacarıqlarını, sosial uyğunlaşma universitet daxilində interpersonal münasibətlərin qurulmasını və sosial fəaliyyətlərdə iştirakı, şəxsi-emosional uyğunlaşma psixoloji rifah və emosional vəziyyətin idarə olunmasını, institusional uyğunlaşma isə tələbələrin universitetə mənsubiyyət və məmnunluq hissini əhatə edir.

Tədqiqat Xəzər Universitetinin müxtəlif fakültə və ixtisaslarında təhsil alan 500 tələbəsinin iştirakı ilə həyata keçirilmişdir. Şkalanın Azərbaycan dilinə uyğunlaşdırılması zamanı tərcümə, ekspert qiymətləndirməsi, geriyə tərcümə və ilkin sınaq mərhələlərindən istifadə olunmuşdur. Əldə edilən məlumatların təhlilində kəşfedici və təsdiqləyici faktor analizləri, daxili etibarlılıq göstəriciləri və maddə təhlilləri tətbiq edilmişdir.

Araşdırmanın nəticələri Azərbaycan dilinə uyğunlaşdırılmış şkalanın ümumi və altölçək səviyyəsində qənaətbəxş daxili etibarlılığa malik olduğunu göstərmişdir. Tədqiqat Azərbaycan ali təhsil mühitində tələbələrin universitet həyatına uyğunlaşma prosesinin çoxşaxəli şəkildə qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır. Azərbaycan dilində uyğunlaşdırılmış ölçmə alətinin təqdim edilməsi gələcək elmi araşdırmalarda tələbələrin akademik, sosial, şəxsi-emosional və institusional adaptasiya xüsusiyyətlərinin öyrənilməsinə, uyğunlaşma ilə bağlı çətinliklərin müəyyənləşdirilməsinə və tələbələrə göstərilən psixoloji dəstək xidmətlərinin elmi əsaslarının genişləndirilməsinə töhfə verə bilər.

Məqalənin tam mətni aşağıdakı linkdə:

https://doi.org/10.16986/hunefd.1985397

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026