Dillər və ədəbiyyatlar departamentinin müəllimi İlknur Əsgərova 2026-cı il 29–31 oktyabr aralığında ADA Universitetində keçirilən “Heroism in Literatures, Cultures and Collective Memory and Its Modern-Day Heroism Interpretations” adlı beynəlxalq elmi konfransda “Lətifə Təkinin “Sevgili arsız ölüm” romanında qəhrəmanlıq mifinin parodiyası” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə folklor mətnlərindəki obrazların roman daxilində intertekstual əlaqələr vasitəsilə yenidən işlənməsi və parodiya obyektinə çevrilməsi araşdırılıb. Eyni zamanda, postmodern estetika kontekstində qəhrəman anlayışının dekonstruksiyası məsələsinə toxunulub.
Qeyd edək ki, ədəbiyyat, mədəniyyət və kollektiv yaddaş kontekstində qəhrəmanlıq anlayışının müxtəlif təzahürlərinin və müasir interpretasiyalarının müzakirəsinə həsr olunmuş bu konfrans Xəzər Universiteti, AzCLA, DAAD Alumni Verein Aserbaidschan və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.