2025-ci il aprelin 16-da Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Clarivate şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov tərəfindən müəllim və tədqiqatçılar üçün Web of Science platforması üzrə təlim keçirildi.
Təlimdə Research Assistant Süni İntellekt aləti, Journal Citation Reports, Master Journal List platforması, Təşkilat və Tədqiqatçı profilinin yaradılması, EndNote haqqında geniş məlumat verildi. Təlimin sonunda iştirakçıların sualları cavablandırıldı və müzakirələr aparıldı.