2025-ci il yanvarın 22-də Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimləri Dr. Yaqub Məmmədov, Dr. Nurlan Nəsirov, Dr. Ramin Fətullayev və Ceyran Məmmədova ADA Universitetində “Maddi və qeyri-maddi irs: nəzəriyyə, üsullar və tətbiqlər” mövzusunda keçirlən elmi seminarda iştirak etmişlər.
Seminarda İtaliyanın Bolonya Universitetinin əməkdaşları Dr. Roberta Priore, Dr. Maria Cristina Carile və Dr. Luca Colliva maddi və qeyri-maddi irsin qorunması, tədqiqi və bərpası istiqamətində məruzələri təqdim olunub. Sonra mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.