2024-cü il aprelin 3-də İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Milana Abbasova Hindistanın SRM Elm və Texnologiya İnstitutunun İngilis dili və xarici dillər fakültəsi və Lavanda Ədəbiyyat Klubunun birgə təşkil etdiyi “Elmi jurnallarda tədqiqat məqalələrinin yazılması və nəşri” mövzusunda üç günlük Beynəlxalq Virtual Seminarda qonaq mühazirəçi kimi “Düzgün tədqiqat mövzusunun seçilməsi” mövzusunda məruzə etdi.