Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1728 Arxiv
XƏBƏRLƏR
03 İyun, 2026Prof.Akad. Hamlet İsaxanlıya  Fəxri Şəhadətnamə təqdim edilib  
03 İyun, 2026İsrailin fövqəladə və səlahiyyətli səfiri Xəzər Universitetində
26 May, 2026Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində
15 May, 2026Türkiyənin İstanbul Esenyurt Universitetinin prorektoru Xəzər Universitetində  
15 May, 2026“Khazar Talks-4” : Emi Karlon`un iştirakı ilə seminar  
15 May, 2026Türkiyənin Kafkas Universitetinin nümayəndələri “Xəzər”də  
13 May, 2026Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda

Xalq yazıçısı Anar ilə "Xəzər"də görüş

2024-cü il martın 15-də Xəzər Universitetinin Mərkəz kampusunda Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ilə görüş keçirildi.

Görüşdə universitetin rəhbərliyi, əməkdaşları və tələbələri, digər ali məktəblərin əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, akademiyanın elmi işçiləri, Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının sədri və “525-ci qəzet”in baş redaktoru şair-publisist Rəşad Məcid, şair və yazıçılar, sənət adamları, mətbuat nümayəndələri, eləcə də yazıçının müxtəlif sahələri təmsil edən yaxın dostları və ailə üzvləri iştirak edirdilər.

Foyedə görkəmli yazıçının kitablarından ibarət sərgi nümayiş olunurdu.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı tədbiri açaraq, bu görüşün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Qeyd etdi ki, bu görüş həm də onunla əlamətdardır ki, Anarın doğum günü ərəfəsinə təsadüf edir.

Xalq yazıçısı iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Sonra Hamlet İsaxanlı onu səhnəyə dəvət etdi və ənənəvi görüş qaydasından fərqli olaraq onlar üz-üzə kresloda əyləşdilər.

Öncə Anarın həyat yoluna işıq salan videoçarx nümayiş olundu, sonra yazıçı iştirakçıları salamladı və yaradıcılığına verilən dəyərə görə universitet rəhbərliyinə dərin təşəkkürünü ifadə etdi.

Hamlet İsaxanlı ilə Anar arasında diskussiya şəraitində keçən görüşdə Xalq yazıçısı ona ünvanlanan bütün sualları geniş və əhatəli cavablandırdı. O, həmçinin, sözlərinə yazılan mahnıların da olduğunu söylədi və qardaş Türkiyədə yaşadığı dövrdə vətən həsrəti ilə yazdığı bir şeirə mərhum bəstəkar dostu Emin Sabitoğlunun gözəl bir mahnı bəstələdiyini də xatırladı. Hamlet İsaxanlı cavab olaraq söylədi ki, biz bu mahnının tarixçəsi barədə artıq məlumatlıyıq və buna görə də onun bəstəkarın özündən sonra ən gözəl ifaçısı olan Xalq artisti İlqar Muradovu tədbirə dəvət etmişik.

Sonra Xalq artisti Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər - universitetin Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) müşayiəti ilə həmin mahnını ifa etdi.

Sonra Anar Rzayevin əsərləri əsasında çəkilən filmlərdən parçalar təqdim edildi və bu kinofilmlərin bəzi məziyyətləri ilə bağlı Hamlet İsaxanlı ilə Xalq yazıçısı arasında fikir mübadiləsi oldu.

Tədbirin yekununda Xalq yazıçısının doğum günü münasibətilə hazırlanan tort səhnəyə gətirildi və Zülfiyyə Sadıqova Anara universitet adından gül dəstəsi təqdim etdi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026