Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev Yeni TV-nin “Gündəm” proqramının qonağı olub. Proqramda Ermənistan-Azərbaycan münasibətləri, Ermənistanın silahlandırılmasının regionun təhlükəsizliyinə təsiri kimi məsələlər müzakirə edilib.
Dr. Orxan Vəliyev çıxışında İkinci Qarabağ Müharibəsindən sonra regionda status kvonun dəyişdiyini və bütün tərəflərin regiona münasibətdə bu reallığa uyğun hərəkət etməli olduğunu vurğulayıb.