Tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlu 2023-cü il oktyabrın 23-də Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun keçirdiyi Zəngəzur konfransında Zəngəzurun tarixi, siyasi-strateji önəmi ilə bağlı geniş məruzə etmişdir.
Departament müdiri yenə İstanbulda oktyabrın 24-də Azərbaycan Baş Konsulluğu, Altınbaş Universiteti və Qərbi Azərbaycan İcmasının birlikdə təşkil etdikləri Qərbi Azərbaycan konfransında “Türkmənçaydan Sovetlərə: İrəvan və Zəngəzur torpaqlarında həyata keçirilən etnik təmizləmə " mövzusunda çıxış etmiş, konfrans iştirakçılarının suallarını cavablandırmışdır.