Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyevin “Peace Negotiations Over Karabakh: Opportunities and Challenges” (“Qarabağ üzərindəki sülh danışıqları: imkanlar və çağırışlar” adlı məqaləsi “Political Reflection” jurnalında (sentyabr 2023) dərc edilmişdir.
Dr. Vəliyev məqalədə 44 günlük müharibə ilə Qarabağdakı status-kvonun artıq dəyişdiyini və sülh müqaviləsinin də yalnız Azərbaycanın beynəlxalq hüquqa və öz Konstitusiyasına müvafiq mövqeyinə uyğun imzalana biləcəyini əsaslandırır.