Qazaxıstandakı Əhməd Yəsəvi Universitetinin Avrasiya Araşdırmaları İnstitutu tərəfindən "Türk dünyasının entegrasyonu sürecinde anahtar bir kavram:Türkistan" layihəsi çərçivəsində Türk dünyasının müxtəlif universitetlərindən elm adamlarının məqalələrinin yer aldığı ikicildlik “Tarihi ve edebi metinlerde Türkistan” kitabı çap olunmuşdur.
Kitabın sentyabr ayında çapdan çıxmış ikinci cildinə Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlunun "Azərbaycan tarixşünaslığında Türkistan" başlıqlı məqaləsi də daxil edilmişdir.