2023-cü il iyunun 6-da Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev ARB24 internet televiziyasının “Gündəm” proqramında iştirak etmişdir. O, proqramda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar`ın Ermənistana səfəri ilə bağlı və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dair fikirlərini bölüşmüşdür.