Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutu tərəfindən 2023-cü il mayın 25-də İzmir şəhərində III Beynəlxalq Türkiyə-Rusiya Münasibətləri Simpoziumu keçirilib.
Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Dr. Telman Nüsrətoğlu simpoziumda həm moderator olmuş, həm də “Türk-Rus hərbi əməkdaşlığının İpək Yolu hövzəsində təhlükəsizlik və istiqrarın təmin edilməsindəki rolu” mövzusunda çıxış etmişdir.