Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 3450 Arxiv
XƏBƏRLƏR
12 Oktyabr, 2026Bişkekdə Azərbaycan dili və ədəbiyyatına həsr olunmuş beynəlxalq elmi simpozium
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
08 Oktyabr, 2026Xəzər Universitetinin strateji inkişafında yeni mərhələ: Hidayət Şimşək Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilib  
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  

Professor, akademik Hamlet İsaxanlının 75 illik yubileyinə həsr olunmuş “Ziyarət” musiqili-poetik kompozisiya

2023-cü il aprelin 26-da Xəzər Universitetinin Mərmər salonunda universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının 75 illik yubileyi münasibətilə Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar, Xəzər Universitetinin professoru Cavanşir Quliyevin müəllifi olduğu “Ziyarət” musiqili-poetik kompozisiya nümayiş etdirildi. Musiqili-poetik kompozisiya şair H. İsaxanlının oxucular və ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan, Gürcüstandakı ata yurdu doğma Kosalı kəndinə səfərinin təəssüratlarını əks etdirən “Ziyarət” poeması əsasında hazırlanmışdır. Poemadan təsirlənən bəstəkar Cavanşir Quliyev ondan artıq şeir parçası seçmiş və onlara mahnı bəstələmişdir.

Xəzər Universitetinin rəhbərliyi və əməkdaşlarının, qonaqların iştirak etdiyi tədbiri Cavanşir Quliyev açaraq, musiqili-poetik kompozisiyanın H.İsaxanlının yubileyinə bir musiqili-söz çələngi olduğunu söylədi, yaradıcılıq prosesindən danışdı və iştirakçıları əsəri dinləməyə dəvət etdi.

Kompozisiyadakı şeirlər son illərdə H.İsaxanlının poetik yaradıcılığına ardıcıl müraciət edən görkəmli bədii qiraətçi Kamran M. Yunus, mahnılar əməkdar artist Lalə Məmmədova tərəfindən ifa olundu.

Cavanşir Quliyev söz alaraq, yubilyar üçün daha bir mahnı hədiyyəsi hazırladığını söylədi və H.İsaxanlının “Gedin deyin anama” şeirinə bəstələdiyi mahnını ilk dəfə özünun pianoda müşayiəti ilə özü ifa etdi.

Sonda H.İsaxanlı çıxış edərək, musiqili-poetik kompozisiyanın yüksək səviyyədə hazırlanması və ifasına görə təşəkkürünü bildirdi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026