2023 cü il aprelin 5-də Bakı Biznes Universitetində Erasmus+ ECAR layihəsi çərçivəsində növbəti idarəetmə görüşü keçirilmişdir. Görüşdə Azərbaycandan olan tərəfdaş universitetlərin nümayəndələri iştirak edirdi.
Tədbir layihənin koordinatoru Gülşən Bayramovanın giriş sözü ilə başladı. O, gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırdı.
Görüş ərzində layihə çərçivəsindəki maliyyə məsələləri müzakirə olundu.
Tədbirdə Xəzər Universitetini İnkişaf Mərkəzinin layihə meneceri Səbinə Quluyeva təmsil etdi.
İdarəetmə görüşü koordinatora ünvanlanan sualların cavablanması ilə yekunlaşdı.