Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4086 Arxiv
XƏBƏRLƏR
15 May, 2026“Khazar Talks-4” : Emi Karlon`un iştirakı ilə seminar  
15 May, 2026Türkiyənin Kafkas Universitetinin nümayəndələri “Xəzər”də  
13 May, 2026Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda
06 May, 2026“Xəzər”in  rektoru London Universitetində keçirilən beynəlxalq forumda
23 Aprel, 2026Xəzər Universitetinin rektoru Gəncədə forumda iştirak edib  
23 Aprel, 2026“Xəzər”in rektoru “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı  beynəlxalq  konfransda  
15 May, 2026Üçüncü kurs tələbələri üçün mühazirə
15 May, 2026“Xəzər”də elmi-praktik forum  

Bakı Kitab Mərkəzində "Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabının təqdimatı

2023-cü il martın 2-də Bakı Kitab Mərkəzində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının Qarabağa, tarix boyu onun ətrafında baş verən siyasi-ictimai hadisələrin mahiyyətinə, Azərbaycan və erməni xalqları arasında münasibətlər tarixinə həsr olunmuş "Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabının ədəbi-musiqili təqdimatı keçirildi. H.İsaxanlının yaradıcılıq fəaliyyətini əks etdirən kitabların sərgisi də təşkil olunmuşdu.

Tədbirdə H.İsaxanlının ailə üzvləri, Milli Məclisin deputatları, ölkənin elm, ədəbiyyat və incəsənət xadimləri, ziyalılar, media mənsubları iştirak edirdilər.

Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı açaraq iştirakçıları salamladı, mühüm bir kitabın təqdimatının keçiriləcəyini bildirdi.

Təqdimat mərasiminin aparıcısı, “Dünya” məktəbinin əməkdaşı Afaq Qəmbərova ilk sözü musiqiyə verdi və Xalq artisti Nəzakət Teymurovanın ifasında muğam triosu və Xəzər Universitetinin Kamera orkestrinin müşayiəti ilə möhtəşəm “Qarabağ şikəstəsi” səsləndi.

Qeyd edək ki, tədbirin musiqi proqramını Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, tanınmış pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə universitetin Kamera orkestri icra edirdi.

Tədbirdə ilk çıxış edən Xalq yazıçısı, AYB sədri Anar Qarabağa aid həm keçmiş, həm də indiki zamanda çoxlu kitablar yazıldığını bildirərək, bu fonda "Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabının əhəmiyyətindən danışdı. Qeyd etdi ki, "Bu kitabda Qarabağa müxtəlif yöndən baxışlar var. Həmçinin, Qarabağdan çıxan maarifçilər barədə də ətraflı məlumatlara rast gəlmək mümkündür. Kitabı oxuyanda fikirləşdim ki, həmin maarifçilərin yolunu davam etdirənlərdən biri Hamlet İsaxanlıdır. O maarifçi işığı məşəl kimi bu günlərə gətirənlərdən biridir. Xəzər Universitetinin yaranması dediklərimin sübutudur". Anar H. İsaxanlıya Yazıçılar Birliyinin Fəxri Fərmanını təqdim etdi.

AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında bildirdi ki, "Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabında yeni araşdırma materialları mövcuddur. Qarabağ bizim ən şərəfli, məsuliyyətli mövzumuzdur. Kitabda azərbaycanlı olmayan müəlliflərin əsərlərindən, həm də ümumiyyətlə Qarabağın tarixinə aid olan mənbələrdən gətirilmiş sitatlar, faktlar ilk dəfə Azərbaycan Qarabağnaməsinin dövriyyəsinə daxil olur. Bu kitab təkcə elmi -publisistik əsər deyil, həm də müstəqillik dövrü Azərbaycan ədəbiyyatında sənədli bədii nəsrin mükəmməl nümunəsidir." İ. Həbibbəyli H. İsaxanlıya AMEA-nın təşəkkürnaməsini təqdim etdi.

Digər çıxış edənlər - Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Milli Məclisin deputatı Tural Gəncəliyev, tarixçi alimlər Solmaz Tohidi və Ülkər Hüseynova, əməkdar jurnalist Mətanət Ağamirli, yazıçı-jurnalistlər Azər Qismət və Nicat Həşimzadə "Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabının müxtəlif maraqlı və orijinal cəhətlərindən danışdılar.

Çıxış edənlər H.İsaxanlını yubileyi münasibətilə təbrik etdilər, çoxşaxəli fəaliyyətində ona uğurlar arzuladılar.

Sonda H. İsaxanlı çıxış edərək, kitabın ideyasının yaranması və yazılması prosesindən danışdı.

Tədbir boyu Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın, Kamera orkestrinin ifasında musiqi nömrələri səsləndi. 

Musiqi ilə başlanan tədbir musiqi ilə də - sözləri Hamlet İsaxanlının, musiqisi Nailəxanım İsayevanın olan “Gözəldir” mahnısının Əməkdar artist İlahə Əfəndiyeva tərəfindən ifası ilə sona çatdı. 

Ölkənin bir sıra saytları tədbir haqqında xəbər yayımlamışlar:

https://news365.az/2023/03/03/hamlet-isaxanlinin-m%C9%99nim-qarabagim-v%C9%99-ya-qarabag-duyunu-kitabi-t%C9%99qdim-olundu-foto/ 

https://publika.az/news/art/439419.html 

https://sia.az/az/news/literature/1039290.html 

https://publika.az/news/art/439419.html 

https://www.baki-xeber.com/sosial/163179.html 

https://ednews.net/az/news/culture/579333-hamlet-isaxanlinin-kitab-teqdimati-oldu və s.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026