2023-cü il fevralın 28-də Xəzər Universitetinin Karyera Mərkəzi 3-cü kurs tələbələri ilə “Müsahibə bacarıqlarının yoxlanılması” təlimini başa çatdırdı. Tələbələrin müsahibə bacarıqlarını Karyera Mərkəzinin meneceri Səbinə Allahverənova, İqtisadiyyat və menecment departamentinin koordinatoru Bahadır Baysal, Mühəndislik və təbiət elmləri fakültəsinin dekan köməkçisi Pərvanə Kərimli öz sualları ilə yoxlamışlar.