2022-ci il dekabrın 19-da İngilis dili və Ədəbiyyatı departamentinin baş müəllimi Firəngiz Nəsirovanın dəvəti ilə tanınmış gənc rejissor, teatr və kino tənqidçisi Vasif Ayanın tələbələrlə görüşü keçirildi. Görüşdə Vasif Ayan tələbələri maraqlandıran suallara cavab verərək, müasir gənclərin həyat tərzi, maraqları, dünyagörüşü, teatr, kino və televiziya verilişləri haqqında düşüncələri ilə bağlı maraqlı və səmimi söhbət apardı.