2022-ci il dekabrın 5-də Karyera İnkişaf Mərkəzinin təşkilatçılığı ilə P&G tərəfindən məlumat sessiyası keçirildi. Sessiyada P&G şirkətinin Qafqaz və Orta Asiya Respublikaları üzrə Distribüter əməliyyatları direktoru Fərid Əlizadə, Kategoriya üzrə maliyyə meneceri Gülgəz Həşimova və Ticari marketinq üzrə aparıcı menecer İbrahim İbrahimli iştirak etdilər.
Əvvəlcə Fərid Əlizadə çıxış edərək, şirkət haqqında tələbələrə məlumat verdi. Sonra Gülgəz Həşimova öz təcrübəsini bölüşərək, şirkətin əsas tələb etdiyi bacarıqlar haqqında danışdı. Fərid Əlizadə hal-hazırda aktiv olan təcrübə proqramları və onlara müraciət qaydalarını tələbələrin nəzərinə çatdırdı. Sessiyanın sonunda isə tələbələrin sualları cavablandırıldı.