2022-ci il dekabrın 2-də Xəzər Universitetinin Neftçilər korpusunda AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstutunun elmi işçisi rəssam-arxeoloq Vəfa Həsənova Tarix və coğrafiya müəllimliyi ixtisasının tələbələrinə açıq dərs keçdi.
Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanovun təşkilatçılığı ilə baş tutan dərsdə müəllimlər ilə tələbələr arasında əhatəli şəkildə müzakirələr aparıldı.