Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4785 Arxiv
XƏBƏRLƏR
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri  
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
26 Fevral, 2026Xəzər Universiteti ilə Azerbaijan Poultry Company və Azerbaijan Fish Farm arasında Anlaşma memorandumu imzalanıb
24 Fevral, 2026Universitetlər arasında Anlaşma Memorandumu imzalanıb
18 Fevral, 2026Transmilli təhsil forumu  
16 Fevral, 2026Gəncədə  Prof.Akad. Hamlet İsaxanlının kitablarının imza günü
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də

Aşıq Kamandarın 90 illik yubileyi qeyd olunub

2022-ci il noyabrın 30-da Xəzər Universitetinin Fikrət Əmirov adına Konfrans-Konsert Mərkəzində XX əsr Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan ustad aşıq Kamandar Əfəndiyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin aparıcısı, Azərbaycan aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu ustad sənətkar Kamandar Əfəndiyevin keçidiyi ömür yolu haqqında qısa məlumat verib. O vurğulayıb ki, 1932-ci ildə Borçalıda – indiki Marneuli rayonunun Kəpənəkçi kəndəində dünyaya gələn Aşıq Kamandar fitri istedadı sayəsində qısa müddətdə özünəməxsus bənzərsiz ifa tərzi ilə Azərbaycanda və bütün Türk dünyasında sevilən sənətkara çevrilib. Öz sənəti ilə böyük el məhəbbəti qazanan Aşıq Kamandarın sənətdəki xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib, o, Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb. Doğma yurdunda ev-muzeyi yaradılıb, büstü ucaldılıb.

Sonra söz Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlıya verilib. O, tədbir iştirakçılarını salamlayaraq deyib ki, Aşıq Kamandar böyük ustad, unudulmaz və əvəzolunmaz sənətkardır: Aşıq Kamandarın ünvanına unudulmaz və əvəzolunmaz sözlərini təsadüfən qoşa işlətmədim. Həyatda təkrarolunmaz, əvəzolunmaz insanlar olur. Bəzən deyirlər ki, əvəzolunmaz insan yoxdur. Mən bu fikirlə qəti razı deyiləm. Hər bir sənət sahəsində əvəzolunmazlar var və aşıq sənətində də Kamandar Əfəndiyevi heç kim əvəz edə bilməz. Aşıq Kamandar fitri istedada malik bir sənətkar idi. Aşıq Kamandarın ustadı Sadıq Sultanov olub. Amma mən düşünürəm ki, Kamandarın ustad sənətkar kimi yetişməsində Əmrah Gülməmmədovun da böyük rolu olub. Aşıq Əmrah özü çox böyük bir sənətkar idi. Aşıq Kamandarla Aşıq Əmrah uzun müdət bir yerdə olublar, birlikdə məclislər keçiriblər. Və mən hesab edirəm ki, Aşıq Kamandarın çox ünlü bir sənətkar kimi yetişməsində bu da mühüm rol oynayıb. Aşıq Kamandar sənətdə öz yolu ilə gedən, özünün məktəbini yaradan bir sənətkar olub.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxışında qeyd edib ki, Aşıq Kamandar Əfəndiyev sənətdə mogikan idi. O, bu sənətə sanki sirli bir aləmdən gəlmişdi, sənətdə öz sözünü dedi və sonda yenə də gəldiyi yerə döndü. Aşıq Kamandar sazın böyük bilicisi idi, böyük ifaçı idi. Nadir hallarda aşıqlar elə saz çala bilir. Yəni həm gözəl oxumaq və gözəl dastan danışmaqla yanaşı, həm də gözəl saz çalmaq hər aşığa qismət olan keyfiyyət deyil. O, çox gözəl saz çalmaqla yanaşı, həm də havalara özünəməxsus əlavələr edirdi. Məsələn, “Turacı” havası üzrəində Aşıq Kamandar elə gözəl işlədi, elə əlavələr etdi ki, sonunda yeni hava yaratdı və adını da “Fəxri” qoydu. Mən hesab edirəm ki, Aşıq Kamandarın musiqi sahəsindəki fəaliyyəti ayrıca tədqiq olunmalıdır. Aşıq Kamandarın xidmətləri olduqca böyükdür, misilsizdir.

Tədbirin bədii hissəsində Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi”Çeşmə” foklor qrupu, aşıqlardan Cahangir Sənanoğlu, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Ramin Qarayev, Avdı Musayev, Nəbi Nağıyev, Nazim Bahadıroğlu Şaiq İncəli, Əşrəf Qəriboğlu, İmran Göyçəli, Seymur Laçınlı və Qabil Borçalı müxtəlif aşıq havaları üstündə Aşıq Kamandarın öz sözlərini və ona ithaf olunmuş şeirləri oxuyublar. Ustadın nəticələri Mehin və Aylin Qarayeva bacıları babalarının yaradıcılığından bir neçə şeiri səsələndiriblər.

Xatırladaq ki, Aşıq Kamandar Əfəndiyev 2000-ci il oktyabr ayının 26-da dünyasını dəyişib.

Tədbir haqqında baki-xeber.com və digər saytlar xəbər yayımlayıb.

https://www.baki-xeber.com/medeniyyet/148725.html 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026