2022-ci il noyabrın 15-16-da Həyat elmləri departamentinin baytarlıq təbabəti üzrə koordinatoru, b.ü.f.d.Ayaz Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ikigünlük onlayn beynəlxalq seminarına qatılıb.
30-a yaxın ölkənin nümayəndələrinin iştirakı ilə keçən “Ev Heyvanlarının Müxtəlifliyi üzrə Qlobal Milli Koordinatorların Seminarı”nda (Global National Coordinators’ Workshop on DAD-IS) A.Məmmədov heyvan genetik ehtiyatları barədə məlumatların DAD-IS saytına yerləşdirilməsi, məlumatların eksportu, cinslərin risk statusları və s. məsələlərin müzakirəsində fəal iştirak etmişdir.