Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4831 Arxiv
XƏBƏRLƏR
12 Oktyabr, 2026Bişkekdə Azərbaycan dili və ədəbiyyatına həsr olunmuş beynəlxalq elmi simpozium
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
08 Oktyabr, 2026Xəzər Universitetinin strateji inkişafında yeni mərhələ: Hidayət Şimşək Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilib  
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  

“100 il şərəfli ömür” filminin təqdimatı

2022-ci il noyabrın 2-də Xəzər Universiteti, “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi və “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyinin təşkilatçılığı ilə universitetin Mərmər salonunda Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş “100 il şərəfli ömür” filminin təqdimatı keçirildi. Ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovdur.

Universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli tədbiri giriş sözü ilə açaraq, qonaqları və toplaşanları salamladı, tədbirin tələbələr üçün əhəmiyyətindən danışdı.

“Aydınlığa doğru” İctimai Birliyinin sədri, tanınmış telejurnalist Solmaz Əmirli Hacı Zeynalabdin Tağıyevin Azərbaycandan kənarda tanınmasına xidmət edən bədii-sənədli filmin yüksək sənətkarlıqla hazırlandığını, Lissabonda “Heritales International Heritage” Film Festivalının finalçı sertifikatına layiq görüldüyünü, həmçinin Lissabondakı Lusofona Universitetində nümayiş olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu festivala dünyanın fərqli mədəniyyətlərinin tanıdılması, mədəni irs tarixi mövzusunda çəkilmiş filmlər qəbul edilir.

Film nümayiş etdirldi. Nümayişdən sonra tarixçi alim, professor Fidovsiyyə Əhmədova, AMEA-nın elmi işçisi, Azərbaycan İlahiyyat Universitetinin müəllimi Elvüsal Məmmədov, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri, Xəzər Universitəsinin müəllimi Radil Fətullayev və “Dimet” klinikasının baş həkimi Səfərbəy Səfərbəyov çıxış etdilər. Onlar milli-mənəvi dəyərlərin qorunmasında vacib olan məqamlardan danışdılar.

Tədbirin davamı olaraq tələbələr H.Z.Tağıyevlə bağlı verilmiş 5 sualı cavablandırdılar. Seçilmiş tələbələr mükafatlandırıldılar. Sonda Xəzər Universitetinin rəhbərliyinə göstərdiyi dəstəyə görə təşəkkür edildi. Tədbir AZTV-nin “Mədəniyyət” kanalında işıqlandırılıb.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026