Karyera İnkişaf ayının ilk həftəsinin ikinci təlimi “Gənclər bank sektorunda” adlanırdı və təlim 7 oktyabr 2022-ci il tarixində baş tutdu. Təlimdə Azərbaycan Respublikası Mərkəzi Bankının İstehlakçıların Hüquqlarının Müdafiəsi Departamentinin Maliyyə savadlılığı şöbəsinin müdiri Xumar Hüseynova Bank sektorunda karyerasını qurmaq istəyən tələbələrə bu barədə məsləhətlərini verdi və təcrübələrini bölüşdü. Daha sonra tələbələr onları maraqlandıran sualları səsləndirdilər.