Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4194 Arxiv
XƏBƏRLƏR
12 Oktyabr, 2026Bişkekdə Azərbaycan dili və ədəbiyyatına həsr olunmuş beynəlxalq elmi simpozium
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
08 Oktyabr, 2026Xəzər Universitetinin strateji inkişafında yeni mərhələ: Hidayət Şimşək Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilib  
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  

“Xəzər”ə təşəkkür məktubu

“Gələcəyini qur!” Gəncliyə Dəstək Layihəsi Build Your Future MMC

Xəzər Universitetinin təsisçisi,
Direktorlar və Qəyyumlar Şurasının sədri
Professor Hamlet İsaxanlıya

Hörmətli Hamlet müəllim,

Sizi “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi adından salamlayır, yeni 2022-2023-cü tədris ilinin başlanması münasibətilə təbrik edirəm.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, layihəmizin 2021-2022-ci tədris ili uğurla tamamlanmışdır. Layihədə Bakı və beş regiondan (Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax) iştirak edən 156 gənc tələbə adını qazanmışdır. Bu gənclərdən 16 nəfəri Xəzər Universitetini seçmişdir. Xəzər Universitetinə qəbul olmuş Layihə məzunlarının siyahısını bu məktuba əlavə edirəm.

Böyük sevinclə Sizə daha xoş bir xəbəri çatdırıram. Layihəmizin cari qəbul nəticələri arasında ən yüksək – 662.1 bal toplamış Ehsani Məsumə də Xəzər Universitetini seçmişdir. Məsumə çalışqan, məsuliyyətli, öz üzərində işləyən və təhsilə çox böyük həvəsi olan gəncdir. Layihə iştirakçısı kimi Məsumə dərslərdə həvəs və əzmlə çalışırdı, Layihənin bütün tədbir və fəaliyyətlərində iştirak edirdi. Əminəm ki, tələbə kimi də Məsumə əzmkarlıq və çalışqanlığı ilə seçiləcək, seçdiyi kömpüter elmləri sahəsində uğur qazanacaqdır.

Qeyd etmək istərdim ki, Layihəmizin cari 2022-2023-cü tədris ilində dərslər artıq başladı, çox yaxın zamanda Layihəmizin tədbirlərinə də start verəcəyik. Xatırlayacağınız kimi, Layihəmizin keçən ilinin ilk tədbiri məhz Xəzər Universitetində baş tutmuşdu. 19 dekabr 2021-ci il tarixində keçirilmiş, elm və məsuliyyət dəyərlərinə həsr olunmuş tədbirimizdə Siz də spiker kimi çıxış etmişdiniz, gənclərlə öz təcrübənizi paylaşıb, dəyərli məsləhətlərinizi vermişdiniz. Ümid edirik ki, Layihəmizin yeni, sayca 9-cu ilinin iştirakçıları olan abituriyentlər üçün tədbirlərimizdən birini Xəzər Universitetində təşkil edərək, gəncləri universitetlə tanış etməklə yanaşı, onlara məqsədlərinə çatmaq üçün motivasiya verəcəyik.

Dəstəyinizə görə əvvəlcədən minnətdarlığımızı bildiririk və yeni tədris ilində Sizə və Xəzər Universitetinin bütün əməkdaş və müəllimlərinə yeni nailiyyətlər arzu edirik. 

 

Bəhruz Hidayətzadə

“Gələcəyini Qur!” GDL-nin həmtəsisçisi
“Build Your Future” MMC-nin direktoru

16 sentyabr 2022-ci il

***

“Gələcəyini Qur!” GDL-nin həmtəsisçisi
“Build Your Future” MMC-nin direktoru
Bəhruz Hidayətzadəyə

 

Hörmətli Bəhruz müəllim,

“Gələcəyini qur!” layihəsinin növbəti uğurları mübarək olsun!

Sizi və uğur qazanan tələbələrimizi təbrik edirəm!

 

Hörmətlə,

Hamlet İsaxanlı

17 sentyabr 2022-ci il

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026