2022-ci il sentyabrın 6-da İngilis dili və ədəbiyyatı departamenti tərəfindən sınaq dərslər təşkil olundu. Sınaq dərslərində iştirak edən 4 müəllim - növbəti tədris ilində İngilis dili və ədəbiyyatı departamenti ilə əməkdaşlıq etmək istəyən namizədlər- əvvəldən təyin olunmuş mövzu ətrafında müddəti 20 dəqiqə olan dərslər keçdilər.
Dərslər departamentin koordinatoru, müdir vəzifəsini icra edən Milana Abbasova və digər əməkdaşları, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova tərəfindən dinlənildi və qiymətləndirildi.