Xəzər Universiteti İqtisadiyyat və Biznes Yüksək Təhsil fakültəsi MİT-nin “Data, İqtisadiyyat və İnkişaf Siyasəti” MikroMaster proqramına tələbə seçimi çərçivəsində 9 iyul tarixində Universitetdə riyaziyyatdan test imtahanı keçirdi. İmtahanda müraciətçilər arasından seçilmiş 128 nəfər iştirak etdi. İmtahanın yüksək səviyyədə təşkilinə RiyaziyyatDepartamenti və İctimai əlaqələr və media üzrə direktorluq yaxından dəstək göstərmişlər.
Seçim prosesinin sonunda hər iki imtahandan (ingilis dili və riyaziyyat) yüksək nəticə əldə etmiş namizədlərlə intervyü keçiriləcək.
Hər üç mərhələni uğurla keçmiş tələbələr avqust-sentyabr aylarında Xəzər Universitetində riyaziyyat üzrə hazırlıq dərsləri alacaq və bundan sonra MİT-nin müvafiq kurslarına qatılacaq.