2022-ci il iyunun 17-də Canon şirkətinin Azərbaycandakı nümayəndəliyi Xəzər universiteti ilə əməkdaşlıq çərçivəsində Canon Academy-nin növbəti təqdimatını keçirmişdir. Tədbirdə Canon şirkətinin biznesin inkişafı üzrə meneceri Valeh Məhərrəmov, menecer köməkçisi Mehbarə Hüseynova, fotoqraflar, Xəzər Universitetinin tələbələri iştirak etmişlər. Təqdimat “Linzalar və işıq” mövzusunda idi.