“Dünya” məktəbində əsasən Xəzər Universitetindən olan 184 təcrübəçi tələbədən test imtahanı və açıq dərs mərhələləri nəticəsində seçilmiş 10 nəfərdən biri Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin coğrafiya müəllimliyi ixtisasının dördüncü kurs tələbəsi Sevinc Babayeva olmuşdur. Onun "Xarici amillərin relyefə təsiri" mövzusunda keçdiyi dərsdə mağaralar və süxurlarla bağlı əyani təcrübələri xüsusi maraq doğurmuşdur.
Sevinc Babayeva “Dünya” məktəbi tərəfindən sertifikatla təltif edilmişdir.