Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin koordinatoru Milana Abbasova 2022-ci il iyunun 5-də Pakistanda hibrid formatda keçirilən 1-ci Beynəlxalq Transdissiplinar konfransda (dil, mədəniyyət və dirçəliş) “Azərbaycan kütləvi informasiya vasitələrində anqilisizmlər: artan sayı və onların təsirinin araşdırılması” mövzusu ilə əsas məruzəçi kimi çıxış etmişdir.